Aqil Nəbiyev "Şüvəlan" klubunu xərcə salıb

Bu gün AFFA İntizam Komitəsinin növbəti toplantısı keçirilib. 

Newsport.az xəbər verir ki, Azərbaycan I divizionun VIII turunun “Mil-Muğan” – “Şüvəlan” matçında qonaqların baş məşqiçisi  Aqil Nəbiyev stadionun plastik şitini sındırıb. Belə ki, iclasda  stadiona dəymiş ziyan əsasında “Mil-Muğan” klubunun təqdim edəcəyi hesab “Şüvəlan” klubu tərəfindən ödənilməsi haqda qərar qəbul olunub.

Qeyd edək ki, Azərbaycan I divizionun VIII turunun “Ağsu” – “Binə” matçı başlamazdan əvvəl “Binə” klubunun azarkeşləri də pirotexniki vasitələrdən istifadə etdiklərinə görə 80 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right