"Neftçi"də yeni transfer

"Neftçi” PFK heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi Elnur Süleymanovla 3 illik müqavilə bağlanıb. 2014/2015 mövsümündə "İnter” klubunun heyətində Azərbaycan Premyer Liqasında debüt etmiş Süleymanov ötən mövsüm AZAL-ın heyətində 18 oyunda meydana çıxıb. U-19 milli komandamızla Avropa çempionatında iştirak etmiş Elnur Slovakiya yığması ilə oyunda (3:2) qol vurub.

Qeyd edək ki, yeni transfer ötən il U-21-lərdən ibraət milli komandaya da cəlb olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right