Ramil Şeydayev: "Təəssüf ki, milliyə kömək edə bilməyəcəm"

Millimizin və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev zədəsini sağaldıb.

Newsport.az-ın məlumatına görə, gənc forvard “Facebook” səhifəsində artıq məşqlərə başladığını bildirib:

“Təəssüf ki, Kosovo ilə matçda U-21-ə kömək edə bilməyəcəm. Çox istəyirdim, amma zədəyə görə alınmadı. Bu gündən yüngül məşqlərə başlamışam”.

Qeyd edək ki, Şeydayev də U-21-in Almaniya və Kosovoya qarşı keçirəcəyi oyunlar üçün açıqlanan heyətdə yer almışdı. Amma o, zədəli olduğu üçün millidən ayrılmaq məcburiyyətində qalmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right