Bakı komandası Azərbaycan Çempionatından imtina edib

Futzal üzrə ölkə çempionatının Birinci Liqasında çıxış edən Bakının “Qrafika” komandası futzal federasiyasına müraciət edərək yarışda iştirakını dayandırdığını bildirib.

 

Newsport.az xəbər verir ki, bunu nəzərə alan federasiya rəhbərliyi bir müddət əvvəl Slovakiyada keçirilən seçmə mərhələdə iştirak etmiş 17 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasını çempionata dəvət edib.

 

İki ildən sonra bu komandalar arasında Avropa çempionatının keçiriləcəyini nəzərə alan federasiya həmin turnirdə iştirak edəcək milli komandanın formalaşdırılması üçün işlərə start verib. İlkin variantda həftədə 2 dəfə məşq keçəcək yeniyetmələr güclərini Birinci Liqada da sınayacaq. Komandaya yenə Fuad Rzayev rəhbərlik edəcək. Baş məşqçi mütəmadi olaraq gənc futzalçılar arasında seçim edəcək.

 

Qeyd edək ki, "Qrafika"nın cari mövsümdəki nəticələri U-17-nin hesabına yazılacaq.“Qrafika”nı U-17 əvəz edəcək.

 

 





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz