İLK DƏFƏ: "Qarabağ" Premyer Liqadakı matçını bu stadionda keçirəcək

Bakı Olimpiya Stadionu ilk dəfə olaraq Azərbaycan Premyer Liqasının oyununu qəbul edəcək. 

Newsport.az xəbər verir ki, "Qarabağ" çempionatın 12-ci turu çərçivəsində  “Sumqayıt”la ölkənin ən böyük arenasında qarşılaşacaq. Buna səbəb "Qarabağ"ın Çempionlar Liqasında "Çelsi" ilə oyun öncəsində bu arenada oynamaq istəyi olub. 

Qeyd edək ki, “Qarabağ”  "Çelsi"ni noyabrın 22-də Olimpiya Stadionunda qəbul edəcək.
  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right