PFL-də yenilik

Peşəkar Futbol Liqası yeniliyə imza atıb. Belə ki,  ölkədə əsas futbol liqalarının təşkilinə cavabdeh olan  PFL I Divizion oyunlarının online yayımına başlayıb.

Newsport.az xəbər verir ki, Azərbaycan  Premyer Liqası ilə yanaşı I Diviziona da hər zaman önəm verən qurum ötən il bununla bağlı yeniliklər tətbiq etmişdi. Bu ildən isə oyunlardan öncə protokollardan, oyunlar zamanı baş verən hadisələrdən eləcə də oyunsonrası yekun protokollardan anında xəbər tuta biləcəyik.

 

Qeyd edək ki, artıq I Divizionun 8-ci turunun oyunları online şəkildə futbol azarkeşlərinə təqdim olunub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right