Daha bir stadionun qazonu təbii örtüklə əvəzlənəcək

Süni örtüklü meydanlar Azərbaycan futbolunun yaralı yeridir. Süni örtük deyəndə ağıla ilk gələn zədələr, uşaq futbolunun məhv edilməsi və digər neqativ olaylardır.

 

Amma son vaxtlar gec də olsa, analoji halın aradan qaldırılması üçün işlər həyata keçirilir. Bayıl və "Dalğa Arena" stadionlarının təbii örtüklə əvəzlənməsi buna əyani sübutdur.

 

Newsport.az xəbər verir ki, daha bir stadionun qazonu təbii örtüklə əvəzlənəcək. Söhbət Azərbaycan futbolu üçün önəmli şəhərlərdən sayılan Sumqayıtdakı “Kapital Bank Arena”nın qazonundan gedir. 

 

İşlər yolunda gedərsə, çox keçmədən işin icrasına başlanacaq. (Futbol11.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right