Tovuzda "sülh", "Mil-Muğan" "Şüvəlan"a, "Xəzər" "Zaqatala"ya qalib gəldi

Azərbaycan Birinci Divizionunda 8-ci tura yekun vurulub.

 

Newsport.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub. "Mil-Muğan" evdə "Şüvəlan"ı böyük hesabla məğlub edib - 3:0. Lider "Qaradağ Lökbatan" Tovuzda "Turan Tovuz"la "sülh bağlayıb" - 1:1. "Xəzər" isə "Zaqatala"nı məğlub edib - 2:0. 

 

"Mil-Muğan" - "Şüvəlan" 3:0

Qollar: Samir Babayev, 39; 59. Bayram Əliyev, 44. 

Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Hüseyn Əsgərov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Qabil Nərimanov
Hakim-inspektor: Xudaverdi Tumasov
İmişli. H.Əliyev adına şəhər stadionu

 

"Xəzər" - "Zaqatala" 2:0

Qollar: Aslan Hüseynov, 22. Fərid Səmədzadə, 72.

Hakimlər: Anar Göyçayski, Azər Əsgərov, Cəmil Quliyev, Nicat İsmayıllı
AFFA nümayəndəsi: İlham Əliyev
Hakim-inspektor: Vasif Məmmədov
Bakı. “AZAL Arena”

 

"Turan Tovuz" - "Qaradağ Lökbatan" 1:1

Qollar: Elnur Səmədov, 66 - Sabir Allahquliyev, 38.  

Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Yaşar Abbasov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Vahid Hüseynov
Hakim-inspektor: Rüfət Hüseynov
Tovuz. Şəhər stadionu

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right