Millimizin oyununda söz sahibi estoniyalı referi olacaq

21 yaşadək futbolçulardan ibarət Avro-2019-un seçmə mərhələsində keçiriləcək Azərbaycan - Kosovo oyunu üçün hakim təyinatları açıqlanıb.

 

Newsport.az xəbər verir ki, həmin oyunu Estoniya Futbol Federasiyasından Roomer Tarayev idarə edəcək. Ona Hannes Reynvald, Neeme Neemlayd köməklik edəcək. Dördüncü hakim funksiyasını Eyko Saar yerinə yetirəcək.

 

Qeyd edək ki, Azərbaycan - Kosovo görüşü noyabrın 14-ü saat 18:00-da başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right