"Kəpəz"in bir neçə oyunçusu "Səbail"lə oyuna hazırdı

Azərbaycan Premyer Liqasının növbəti turunda “Səbail”i qəbul edəcək “Kəpəz” hazırlıqlarını davam etdirir.

Newsport.az xəbər verir ki, gəncəlilər bu oyuna tam heyətlə hazırlaşır. Belə ki,  Samba Diallonun vəziyyəti normaldır. Zədəsinə görə 3 çempionat oyununda Gəncə klubuna kömək edə bilməyən futbolçunun hazırlığı qaydasına düşüb. Müalicə prosesi ilə paralel olaraq məşqlərdə də iştirak edən Sambanın qarşıdakı turda meydana çıxması məşqçilər korpusunun qərarından asılı olacaq.

 

“Sarı-göylər”in daha bir üzvü Kərim Diniyevin də durumunda ciddi irəliləyişlər var. Klubun tibbi personalından kapazpfc.az saytına verilən məlumata görə, yarımmüdafiəçinin zədəsi sağalmaq üzrədir. “Keşlə” ilə matçda ağır xəsarət alan Diniyevin uzun müddətə sıradan çıxdığı güman olunsa da, müalicəsi uğurla aparıldığından futbolçu tez bərpa olunub. İntensiv müayinə və müalicələrdən sonra Kərim fitnes və fərdi proqram üzrə məşq edib. Bu gündən isə oyunçu komandaya qoşulub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right