İlqar Qurbanov:"İnanıram ki, haqq-ədalət milli komanda da öz yerini tapacaq" Müsahibə

Bu gün milli komandanın oyunları səbəbi ilə yaranmış fasilədən istifadə edən “Zirə” və “Qəbələ” komandaları yoldaşlıq matçında güclərini sınayıblar. Sakit məcrada keçən oyunda qapılarda bircə qol olub, “Zirə”nin  qanalı hücumçusu Riçard Qadze fərqlənib. (1-0)

Oyundan sonra “Qəbələ” klubunun yarımmüdafiyəçisi İlqar Qurbanov Newsport.az saytının əməkdaşına müsahibə verib.

-Zədədən sonra ilk oyuna çıxdınız nə deyə bilərsiz bu haqda?

-Düz deyirsiniz zədədən sonra ilk oyunum idi, darıxmışdım futbol üçün şükürlər olsun özümü yaxşı hiss edirəm hal-hazırda. Hələki tam hazır deyiləm, ancaq yaxşı ki, bu oyunlar var. Millinin oyunlarına görə verilən fasilə çox yaxşı oldu. Komandaya gəldikdə isə bu gün pis oynamadıq, lakin bu yoldaşlıq oyunu idi. Bizi qarşıda çətin “Neftçi” oyunu gözləyir var gücümüzlə həmin oyuna hazırlaşırıq.

-Uzun müddətdən sonra meydana çıxdın ağırlıq hiss edirdinmi özündə?

-Ağırlıq var idi sözssüz ki, ancaq öz üzərimdə işləyirəm yenə də, barmağım qırıq olsada fitneslə məşqul olurdum

-Milliyə baş məşqçi Qurban Qurbanov təyin olundu bununla bağlı nə deyə bilərsən ?

-Bu çoxdan baş verməli idi biraz gecikmiş qərardı, amma yenə də təbrik edirəm və inanıram ki, haqq-ədalət milli komanda da öz yerini tapacaq.

- Milli komandadan dəvət gözləyirsənmi?

-Qurban Qurbanov elə bir insandı ki,yaxşı oynasan dəvət edəcək. Həmişə futbolçunun haqqını verən biri olub.

-“Qəbələ” son zamanlar “Zirə” ilə oyunlarda məğlub olur bu haqda nə deyə bilərsiz?

-Komandalarda olur hansısa kluba qarşı oyun bəzən alınmır, ancaq ümumən bu gün heç də pis təsir bağışlamadıq. “Zirə”də pis klub deyil onların da haqqını yemək düzgün çıxmaz, bacarıqlı məşqçiləri var və güclü heyətə sahibdilər.

-Bir zamanlar “Qarabağ”da oynamısan səncə “Qəbələ” hal-hazırda “Qarabağ”la mübarizə aparacaq gücə sahibdirmi?

-Bu il “Qəbələ” ilə yanaşı bir çox klub var ki, çox yaxşı təsir bağışlayırlar, məncə bu mövsüm biraz daha maraqlıdı çempionat.  “Qarabağ” üçün çətin olacaq bu il.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right