Ayxan Abbasov:"Kamal qapıda az dursada mən ona əsas qapıçı kimi baxıram" Müsahibə

Bu gün Azərbaycan Premyer liqasına verilən fasilədən yararlanan “Zirə” və “Qəbələ” komandaları “Bakı”nın təlim məşq bazasında yoldaşlıq oyunu keçiriblər. Maraqlı mübarizə şəraitində keçən oyunda “Zirə” klubu (1-0) hesabi ilə qalib gəlib.  Matçda vurulan yeganə qola “Zirə”ın  legioner futbolçusu Riçard  Qadze imza atıb.

Oyundan sonra “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Newsport.az saytınına müsahibə verib.

-Fasilədən yaralanıb yoldaşlıq görüşü keçirdiz nə fikirdəsiz bu haqda?

-Son üç oyunumuz qalıb və bizim bir neçə oyunçumuz zədəli idi fürsətdən istifadə edib onlara da istirahət verdik, bu gün də az oynayan futbolçular var idi, hansı ki, onların da durumu bizi maraqlandırır və hər zaman formada olmalıdırlar. “Qəbələ” klubu ilə razılaşdıq, oyun oynadıq. Nəticə əsas deyildi, bizim üçün futbolçularımız oyun yükünü almalı idi. məncə istədiyimiz o yükü ala bildik. Maraqlı oyun oldu.

-Bu oyunla tamamlandı, ya növbəti yoldaşlıq oyunu olacaq?

- Bu oyunla tamamlandı. inşallah ayın 18-i “Keşlə” ilə oyuna hazırlaşağıq.

-Komandaya fasilə verəcəksiz?

-2 gün istirahət verilmişdi, sabah da istirahət veriləcək daha sonra isə 6 gün vaxtımız qalır və bizi çətin oyun gözləyir həmin oyuna hazırlıqlara başlayacayıq.

-Klubda zədəlilərin vəziyyəti necədi?

-Zədəlilərin vəziyyəti yaxşıdı, Orxan yavaş-yavaş komanda ilə məşqlərə başlayıb. Bəzi futbolçulara isə bir müddətlik istirahər vermişik. Ümumen oyunçularda vəziyyət yaxşıdı, ancaq oyuna qədər çalışacayıq tam hazır olaq.

-Kamal Bayramov bu gün yaxşı oyun göstərdi, demək olarmı əsas heyətdə yerin təmin edir ?

-Kamal qapıda az dursada mən ona əsas qapıçı kimi baxıram. Bu gün də öz oyunu ilə sübut elədi ki, təcrübəsi ilə əsas qapıçılarımızdan biridir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right