PAOK oyunçusunu "Qarabağ"dan geri istəyir?

 

"Qarabağ" klubunda icarə əsasında çıxış edən Pedro Enrike qış transfer pəncərəsində Ağdam klubunu tərk edə bilər.

 

Newsport.az xəbər verir ki, Yunanıstanın  PAOK klubundan "Qarabağ"a icarə əsasında gələn braziliyalı futbolçu Pedro Enrike komandanı tərk edə bilər. Bu barədə məlumatı Yunanıstan mətbuatı (sport24.gr) yayıb. Məlumatda qeyd edilib ki, Pedronun yanvarda müqavilə ilə məxsus olduğu PAOK-a geri dönmə ehtimalı var.. 27 yaşlı yarımmüdafiəçinin "Qarabağ"da göstərdiyi performans onun Yunanıstan klubuna daha erkən geri dönməsi ehtimallarını artırır. Məsələ burasındadır ki, "köhlənatlar" braziliyalını qışa qədər deyil, mövsümün sonuna kimi icarəyə götürüb.

 

Məsələ ilə bağlı son sözü PAOK-un çalışdırıcısı Razvan Luçesku deyəcək.

 

Qeyd edək ki, bu mövsüm PAOK-la "Qarabağ"da oynayan Pedro Enrike başqa kluba transfer olarsa, FİFA-nın qaydalarına görə mövsümün sonuna kimi meydana çıxa bilməz. Bu səbəbdən də Enrikenin əsas seçimi "Qarabağ" və PAOK arasında olacaq ki, braziliyalı daha çox rəqabət olan Yunanıstan Super Liqasında oynamağa üstünlük verəcək.

 

Xatırladağ ki, Pedro Enrike bu mövsüm Ağdam təmsilçisinin heyətində 14 oyuna 3 qol vurub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right