Maşallah Əhmədov məhkəməyə üz tutur

Dələduzluqda təqsirləndirilərək həbs edilən və Sabunçu rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunan keçmiş futbolçu Maşallah Əhmədov məhkəməyə müraciət edəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə Əhmədovun vəkili və oğlu Tərlan Əhmədov məlumat verib.

Tərlan Əhmədov bildirib ki, Maşallah Əhmədovun işində zərərçəkmiş Yusif Əzizov onun ailəsinə mənəvi zərər vurub və bu zərər ailədə problemlər yaradıb:

"Yusif Əzizov atamı məhkəməyə verəndən sonra anam iki dəfə insulit keçirib. 10 gündən artıqdı ki, anam xəstəxananın reanimasiya şöbəsində idi. Ötən gün palataya köçürülüb. Atam Yusif Əzizova dəymiş ziyanı ödəyib. Məhkəmə araşdırma apardı, dəymiş ziyanın Yusif Əzizov tərəfindən şişirdildiyi müəyyən edildi. Məhkəmənin müəyyən etdiyi məbləği zərərçəkmişə ödədik. Amma zərərçəkmiş məhkəmə qərarından yenə şikayət verib. Biz Yusif Əzizovun bizə vurduğu mənəvi zərəri tələb etmək üçün məhkəməyə müraciət edəcəyik". (trend)

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirərək Maşallah Əhmədovun cəzasını 2 ilə endirib. Bir müddət əvvəl isə Sabunçu rayon Məhkəməsi Əhmədovu cəzasının çəkilməmiş hissəsindən azad edərək azadlığa buraxıb.

Xatırladaq ki, Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right