“Kəpəz” üçün BOS

Azərbaycan Premyer Liqasında yaranan fasilə ilə əlaqədar istirahətə buraxılan “Kəpəz” yenidən bir araya gəlib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, gəncəlilər 4 günlük istirahətdən sonra Bakıda toplaşıblar.

Gəncə komandası bu gündən hazırlığı bərpa edib. “Sarı-göylər” paytaxtda məşqlərə başlayıblar. Komandanın ilk hazırlıq prosesi Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında baş tutub.

“Kəpəz” Premyer Liqanın 12-ci turu çərçivəsində noyabrın 18-də “Səbail”lə qarşılaşacaq.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right