"Bunun üçün AFFA-nı alqışlamalısız" - Elxan Məmmədov

21 yaşadək futbolçular arasında Azərbaycan - Almaniya matçını izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov da var idi.

Newsport.az-ın məlumatına görə, qarşılaşma başa çatdıqdan sonra AFFA rəsmisi jurnalistlərin suallarını cavablandırıb:

- Oyunla bağlı fikirlərinizi bildirin zəhmət olmasa...
- Təəssüf edirik. Almaniyaya qarşı oynamaq çətindi, bilirik. Səfərdə də çox qol buraxmışdıq. Yəqin ki, ilk oyundakı nəticə və komandanın adı psixoloji təsir yaratmışdı.

- Milli komandada ayrıca mətbuat xidməti olacağı deyilir...
- Bu, yaxşı praktikadı əslində. Nəzərə alaq ki, əvvəl bir seçmə mərhələ var idisə, indi iki təsnifat xarakterli turnir var. Millinin ayrıca mətbuat katibinin olması normaldı. Amma bu məsələni ilk öncə baş məşqçi ilə müzakirə etməliyik.

- “Kəpəz”də baş verənlər haqqında münasibətinizi öyrənmək istərdik...
- Biz ictimai təşkilat olaraq çox şəffaf idarəçilik edirik. Hər addımımızda çalışmışıq və gələcəkdə də çalışacağıq ki, qapalı, sirli nəsə qalmasın. Çünki futbol milyonların oyunudu. Doğrudu, bəzi starteji qərarlar olur ki, onlar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanır, ancaq belə məsələlərdə şəffafıq. Qaldı ki, “Kəpəz”də olan hadisələrə, biz özümüz bu barədə elan verdik, açıqladıq. Vəzifəyə təyin olunmuş müəyyən şəxs son zamanlar işinin öhdəsindən gələ bilməyib, müəyyən qüsurlar olub, biz də onu azad etmişik. Qalan məsələlərlə hüquq-mühafizə orqanları məşğul olacaqlar.

- Adınızın bu məsələdə hallanması barəsində nə deyə bilərsiz?
- Mən yenə deyirəm. Biz şəffafıq, işimiz düzdü, ona görə də çəkinəcək heç bir hərəkətimiz yoxdu. Gələcəkdə də belə olacağıq. Böyük strukturun idarə olunması zamanı bu cür halların meydana çıxması normaldı. Kimsə mənim adımı hallandırıbsa, mən nə deyə bilərəm? Sübut varsa, buyursunlar, ortaya çıxarsınlar. Klubdakı mühasib xanımla Bakıda görüşdük, ona bir neçə hüquqi sualım var idi, auditin qarşısında həmin sualları ünvanladım, cavabımı aldım. Mən auditin gəldiyi nəticəyə əsasən deyirəm, “Kəpəz”də ciddi, kritik maliyyə pozuntusu yoxdu. Olsaydı, tamamilə başqa addım atardıq. Unutmayaq ki, həmin kluba AFFA tərəfindən nə qədər vəsait ayrılıb, klubun büdcəsi nə qədərdi, hamısı AFFA-nın saytında yazılıb və 2018-ci ilin hesabatında yenə sizə təqdim olunacaq.

- Şahin Diniyev müsahibəsində bildirmişdi ki, onun əməkhaqqı kartına 10 500, bəzi hallarda isə 9 500 manat köçürülüb, ancaq əmək haqqısı 7000 manatdı. Məşqçi qeyd edib ki, qalan məbləğ cari xərclərə xərclənib. Müxtəlif əməliyyatlara, ləvazimatlara və s. Sizcə, bu, doğrudu?
- Təbii ki, doğru deyil. Heç cür qəbul etmək olmaz. Məhz bu kimi məsələlərə görə biz oraya audit yoxlama göndərdik. Və nəticələrdən belə başa düşmək olar ki, müəyyən səhvlər var, ancaq kritik deyil. Bunu dəfələrlə demişəm. Sadəcə, bu məsələni süni şəkildə gündəmdə saxlamağa çalışırlar.

- Necə oldu ki, “Kəpəz”də yoxlama aparmaq qərarına gəldiniz?
- Biz çalışırıq ki, AFFA-dan gedən bütün vəsaitləri nəzarətdə saxlayaq və aidiyyatı üzrə xərclənməsini yoxlayaq. Təbii ki, biz bunda məsuliyyət daşımırıq. İlk növbədə maliyyə ayrılmış təşkilat məsuliyyət daşıyır. Ancaq bu, mənim istəyimdi ki, rahat olum. Yoxladıq və məlum oldu ki, bəzi düzgün olmayan nüanslar var. Biz bütün prosesi şəffaf şəkildə etdik. Günahkarı da işdən uzaqlaşdırdıq. Bunun üçün hətta bizi - AFFA-nı alqışlamalısız.

- Yəqin ki, AFFA-dan maliyyə yardımı alan digər klubları da yoxlayacaqsız?
- Əlbəttə. Növbəti yoxlama “Keşlə”də olacaq. Daha sonra “Zaqatala”, MOİK və digər klublar yoxlanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right