Millimizin 7 qol buraxan qapıçısı: "Erkən qol bizi "sındırdı"

“Nə deyə bilərəm ki? Matç çox çətin oldu”.

Newsport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın qapıçısı Mustafa Kemal Özhitay deyib.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması evdə ən böyükhesablı yenilgisini alıb. Almanlar millimizin qapısından 7 cavabsız qol keçirib.

Matçdan sonra fikirlərini bildirən türk əsilli “çərçivə qoruyucu”su fikirlərini bildirib: “Çətin olacağını bilirdik. Amma erkən qol buraxmağımız pis oldu və bundan sonra yaxşı oynamadıq”.

Qolkiper komandanın həvəsli olduğunu, lakin bacarmadığını deyib: “Hər kəs yaxşı oynamaq istədi. Amm niyə belə səhvlər etdiyimizi anlaya bilmirəm. Deməzdim ki, Almaniyadan qorxduq. Sadəcə, erkən qol bizi “sındırdı”.

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right