Samir Ələkbərov:" Kimsə bu yükün altına girməli idi"

Futbolçular meydanda əziyyət çəkdiyi kimi, mən də çətinliklə üzləşirəm”.

Newsport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Samir Ələkbərov deyib.

Yığmamız AVRO-2019-un seçmə mərhələsində öz meydanında Almaniya millisinə böyük hesabla məğlub olub – 0:7

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Səhvlərimiz var və bunun üzərində işləməliyik”.

Komandada istək yox idi. Bu, nə ilə bağlı idi?

- Bəli, istək var idi, hazırlaşmışdıq, lakin bacarmadıq. Komanda birinci dəqiqədə qol buraxdığı üçün həvəsdən düşdü.  

- Düşünmürsünüz ki, milliyə gəlişiniz düzgün deyildi?

- Kimsə bu yükün altına girməli idi. Təssüfflənmirəm.

- Yayılan xəbərlərə görə, futbolçularımız oyuna pul qoyuluşu ediblər. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Mən futbolçuların oyuna pul qoyuluşu edəcəyinə inanmıram. Mümkün deyil.

- Renat Dadaşov sanki oynamaq istəmirdi. Bu barədə nə deyə bilərsiniz?

- Onu böyük ümidlərlə komandaya dəvət etmişik. Demək olar ki, bütün futbolçulardan narazı qaldım.  

- Kosova ilə oyunda ciddi dəyişiklik gözlənilirmi?

- Gözlənilirdi. Amma indi paltardəyişmə otağı xəstəxanaya dönüb. Bir neçə futbolçumuz əzələsini dartıb. Budaq, Renat, Bəhlulun zədəsi var. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right