Stefan Kuntz:"Renat Azərbaycan millisini seçibsə, ..."

“İlk oyunda böyükhesablı qələbə qazansaq da, oyuna yaxşı hazırlaşmışdıq”.

Newsport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Stefan Kuntz deyib.

Bundestim AVRO-2019-un seçmə mərhələsində səfərdə Azərbaycan yığmasını darmadağın (0:7) edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Azərbaycanın yaxşı oyun sərgiləməməsi üçün hər şey etdik. Sözsüz ki, erkəın qol vurduğumuz üçün çox sevindim. Rəqib top saxlamaq istəsə də, buna imkan vermədik. Ümumilikdə komandamdan razıyam. Bu tempi qarşıdakı oyunlarda da saxlamalıyıq”.

- Vaxtıyla millimizin baş məşqçisi olan Berti Foqts Azərbaycanı şahmat ölkəsi kimi təqdim edirdi. Bəs siz 2 oyuna 13 qol vurduğunuz ölkə haqda nə deyə bilərsiniz?

- Mən şahmat oynaya bilmirəm, ölkənizdə necə şahmatçılar olduğundan xəbərsizəm. Hər bir rəqibə hörmətlə yanaşıram, həmçinin də Azərbaycan. Ona görə Azərbaycanın oyunu barədə heç nə deyə bilmərəm.

- İlk oyunda böyükhesablı qələbə qazanmışdınız. Futbolçuları cavab oyununa kökləmək çətin olmadı?

- Komandamızda peşəkar futbolçular var. Dahud və Amiri Çempionlar Liqasında oynamış futbolçulardı. Onlar 80 min azarkeş qarşısında oynaya biliblərsə, deməli, 100 nəfər azarkeş önündə də peşəkarcasına oynamalı idilər.

- Necə düşünürsünüz, Almaniyanın 17 yaşlılardan ibarət komandasının sabiq üzvü Renat Dadaşov Azərbaycan millisini seçməkdə tələməyib?

- Renat barədə məlumatım azdı. Onun haqda əvvəlki baş məşqçi daha dəqiq məlumat verə bilər. Renat Azərbaycan millisini seçibsə, onun fikrinə hörmətlə yanaşmalıyıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right