Almanlar millimizə heç bir şans vermədi

Bu gün 21 yaşlılardan ibarət milli komandamız Avro 2019-un seçmə mərhələsi çərçivəsində doğma meydanda Almaniya millisini qəbul edib.

Newsport.az xəbər verir ki, hər kəs millidən almanlara qarşı əzmkar mübarizə gözləsə də, lakin hər şey gözləninənlərin əksinə olub. Belə ki, qonaqlar ev sahibinə heç bir şans verməyiblər. Oyunun ilk dəqiqələrindən təşəbbüsü ələ alan qonaq komanda matça qolla başlayıb. Marcel Hartel oyunun birinci dəqiqəsində futbolçularımızı meydanın mərkəzinə dəvət edib. Vurulan qoldan sonra hücumların kəsərini bir az da artıran almanlar 14-cü dəqiqədə Nadiem Amiri ilə millimizin qapısından ikinci topu keçirib.

 Buraxılan iki topdan sonra ruhdan düşən milli komanda  qapısında müvafiq olaraq 28, 46, 58, 60 və 79-cu dəqiqələrdə daha beş top görüb.  Qonaqların heyətində  Aron Saydel 28-ci dəqiqə fərqlənib,  Marcel Hartel isə oyunda het-trik edib, Lukas Kulesterman və son olaraq Levin Öztunalı oyunda sonuncu 7-ci topu qapımızdan keçirərək  matçın yekun hesabını müəyyənləşdirib. (0-7)

Qeyd edək ki, Almaniyada keçirilmiş oyunda millimiz 1-6 hesabı ilə məğlub olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right