Üç gün istirahətdən sonra "Qəbələ" məşqlərə başlayıb

Azərbaycan Premyer Liqasının 11-ci turunun noyabrın 4-də keçirilən “Səbail”lə oyunundan (3:1) sonra futbolçularına üçgünlük istirahət verən “Qəbələ” hazırlıqlara başlayıb.

 

Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün Bakıda bir araya gələrək məşq prosesinə start verib. Hazırlıqlarını paytaxtda gerçəkləşdirən komanda üzvləri öncə fiziki hazırlıq keçib, ardınca toplu çalışmalar yerinə yetirib. 

 

Hazırlıq prosesində zədəli Rasim Ramaldanovla Stiven Monroz iştirak etməyib. Bir müddət hazırlıqlardan kənar qalan Filip Ozobiç də məşqlərə start verib. O, fərdi hazırlıqla kifayətlənib. “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə iki yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Komanda noyabrın 11-də “Zirə”, 12-də “Səbail”lə görüşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right