AFFA mübarizədən kənarda qalan klubları Regional Liqa adı altında birləşdirmək istəyir

I Divizionda tələblər sərtləşdiyi üçün bəzi klublar bu öhdəliklərə cavab verə bilmədilər. Bu səbəbdən I divizionda mübarizə aparan klubların sayı azaldı.

Newsport.az xəbər verir ki, Hazırda yarış 10 komandanın iştirakı ilə keçirilir. AFFA mübarizədən kənarda qalan klubları Regional Liqa adı altında birləşdirmək istəyir. Amma bu liqada oynamaq istəyən klubların sayı gözlənilən qədər çox deyil.Yarışda iştirak etmək istəyən komandaların nümayəndələri ilə artıq ilk görüş keçirilib. Lakin komandaların sayının azlığı yarışın məhz Regional Liqa kimi keçirilməsi üçün yetərli deyil.

Belə ki, şimal, qərb, şərq, cənub liqaları yaradıla bilmir. Bunun əsas səbəblərindən biri mükafat fondunun az olmasıdır. Mükafat fondunun əvvəldən gözlənildiyi kimi 40 min manat deyil, 10 min manat təşkil etməsi komandaların geri çəkilməsi ilə nəticələnib. Əgər regionlarda yetərsay olmasa,  bir regionun komandası digər regionun komandası ilə oynamaq üçün yol qət etməlidir. Bu isə elə I Diviziondakı xərclərlə demək olar ki, eyniləşir və klublar buna razı deyillər. Bütün bu suallar qüvvədə olduğu müddətdə turnirin taleyi sual altına düşüb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right