“Qəbələ”dən Türkiyədə daha iki qələbə

Türkiyədə təşkil olunan “Limra Cup” turnirində növbəti qarşılaşmalar keçirilib. “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası bu gün iki matçda qüvvəsini sınayıb. 
 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar” öncə Azərbaycanın digər təmsilçisi “Vətən”lə üz-üzə gəlib. 

Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 1:0 hesabı ilə qalib gəlib. Həlledici qolu Ömər Kərimov vurub. Günün digər matçında “Qəbələ” Rusiya “Lokomotiv”i ilə qarşılaşıb. “Qırmızı-qaralar” bu görüşdə də eyni hesabla qələbə qazanıblar – 1:0. Ömər Ağababayevin qolu komandamızın ardıcıl 5-ci qələbəsini rəsmiləşdirib.

Bunadək “Manavqatspor”a 10:0, “BD Spor”a 4:0, “Kəmər Kartalları”na 6:0 hesabı ilə qalib gələn “Qəbələ” xal hesabını 15-ə çatdırıb. Turnirin lideri olan komandamız sabah son matçını keçirəcək. “Qırmızı-qaralar” 4 oyunda 12 xal toplayan “Beşiktaş”la üz-üzə gələcək.

Xatırladaq ki, 7 komandanın iştirak etdiyi turnir dairəvi sistemlə keçirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right