Ayxan Abbasov: "Mərkəzi keçməsək də, oyuna nəzarət edirdik"

Azərbaycan Premyer Liqasının 11-ci turunda evdə “Neftçi”yə qalib gələn (1:0) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az xəbər verir ki, Abbasov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Gərgin oyun oldu. Belə də gözləyirdik. “Neftçi” son oyunlarda yaxşı oyun sərgiləmişdi. Ancaq bu gün uşaqlara taktiki baxımdan nə tapşırmışdımsa, onu da yerinə yetirdilər. Futbolçularıma və azarkeşlərə təşəkkür edirəm.

- İkinci qol vurulduğu zaman hakimin ofsayd qərarına ona barmağınızı silkəməklə etiraz etdiz... 

- Barmaq silkələməmişəm. Əlimi qaldıraraq etiraz etdim. Məncə, orda ofsayd yox idi. Var idisə də, hakim qərarı çox gec vermişdi. Matçdan sonra isə hakimlərə yaxınlaşıb, təşəkkür etdim.

- Deməli, hakimlikdən razı qaldız?

- Kiçik səhvləri olsa da, ciddi narazılığım yoxdu.

- İlk 14-15 dəqiqə ərzində meydanın mərkəzini keçə bilmirdiz. Bu, sizin tapşırığınız idi?

- Mərkəzi keçməsək də, oyuna nəzarət edirdik. “Neftçi”nin oyuna hücumlarla başlayacağını bilirdik. Buna görə, ilk dəqiqələrdən oyunu əks-hücumlar üzərində qurmuşduq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right