Qurbanov:“Qələbə qazansaq da, oyundan tam razı deyiləm"

“Gəncədəki oyunlarmız həmişə ağır olub. Çətin qələbə oldu”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbaov deyib.

Ağdam klubu Azərbaycan  Premyer Liqasının XI turunda səfərdə “Kəpəz”dən üstün olub.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Qələbə qazansaq da, oyundan tam razı deyiləm. Ola bilər ki, futbolçularda yorğunluq var idi. “Kəpəz”in futbolçusu Viktor Oseqeylə təşəkkür edirəm. O, necə insan olduğunu göstərdi və penalti olmadığını dedi. Meydançanın durumuna gəlincə, hər şey yaxşı idi. Sadəcə, bir az su vurulsaydı, daha yaxşı olardı”.

- Pedro Enrike bu gün çox zəif çıxış etdi. Bunu yorğunluqla əlaqələndirmək olar?

- Oyununa görə onu əvəzlədim, geri qalırdı. Heç bir zədəsi yoxdu. İlk dəfədi Gəncədə oynayırdıq, ola bilər ki, özünü rahat hiss etməyib.

- Gəncədə uşaq futboluna maraq çox azdı. Millinin baş məşqçisi kimi bu məsələyə münasibətiniz necədir?

- Açığı, hələ tam proqram üzərində düşünməmişik. Amma fikirləşirəm ki, AFFA buna diqqət yetirir. Təkliflər olsa, bunu irəli sürəcəyik. Gəncədə futbolçu özü yetişir və düşünürə ki, diqqət daha çox olsa, yaxşı olacaq. 

 





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz