"Neftçi"də futbolçulara vəd edilən mükafatlar verilmir

"Neftçi"nin futbolçuları rəhbərliyin vəd etdiyi mükafatları ala bilmir.

Newsport.az-ın məlumatına görə, "İnter" , "Səbail" və "Kəpəz" üzərində qələbələrə görə hər futbolçuya 800 manat mükafat vəd olunsa da, Elnur Eyvazov sözünün üstündə durmayıb. Futbolçular da artıq bu yalançı vədlərdən yavaş-yavaş təngə gəliblər. Tərlan Əhmədov özü də məsələ ilə bağlı klub rəhbərliyinə narazılığını bildirib və  "Gözləyirik, gələn oyuna qədər pullar verilməlidi" cavabını alıb. 

Bizə çatan məlumatda qeyd olunur ki, "Neftçi"nin son 3 turda 9 xal toplaması klub daxilində kimlərisə narahat edir. Mükafatların yubadılması da bununla bağlıdı. Tərlan Əhmədov da artıq işin bu cür gedişindən bərk narahatdı. Çünki, futbolçular bütün sözlərini Əhmədova deyir, ona inanırlar. "Neftçi"yə uğur gətirən məşqçi yaxşı başa düşür ki, bu onun futbolçularla münasibətlərinin pisləşməsinə hesablanmış plandı. Tərlan Əhmədov üçünsə bu cür maneələr uşaq oyuncağıdı. AZAL-da gördüyü çətinliklər ona böyük təcrübə qazandırıb. 

Əhmədovun Kəpəzlə oyundan öncə dediyi 1 cümlə isə futbolçuların ona qarşı olan hörmətini daha da artırıb. "AZAL-da belə çətinliklər çox görmüşəm, lazım gəlsə, o mükafatları öz cibimdən ödəyərəm" deyən çalışdırıcı futbolçuları bir olmağa çağırıb və bu sözlər komandaya böyük motivasiya olub.

Sportlife.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right