Elvin Yunuszadə: "Şans versələr əlimdən gələni edəcəm" Müsahibə

“Bizə hər zaman Qəbələdə çətin olub. Bu gün də belə olacağını bilirdik. Əsasən ilk 15-20 dəqiqədə əziyyət çəkdik. Qol buraxdıqdan sonra isə daha çətin olur. Düzdür oyunboyu üstünlük bizdə oldu. Amma əlimizə düşən imkanlardan yararlana bilmədik. Futbolda belə şeylər olur. Qarşıdakı oyunlara hazırlaşmaq lazımdır”.
 
Bu sözləri Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına açıqlamasından “Qarabağ”ın futbolçusu Elvin Yunuszadə Azərbaycan Premyer Liqanın IX turunda “Qəbələ”yə 0:1 hesablı məğlubiyyətdən sonra deyib. Müdafiəçi bu nəticənin gələcək oyunlara təsir etməyəcəyini bildirib:
 
“Qurban müəllim, heç vaxt qoymur ki, bu cür oyunlardan sonra komandada ruh düşkünlüyü yaransın. Bizə dəstəkolur. Qoymur ki, motivasiya baxımından əziyyət çəkək”.
 
Yunuszadənin fikrincə, bu gün ilk “onbirlik”də meydana çıxması hələ əsas heyətə qayıtması deyil: N”ə vaxt şans verərlər, çıxıb oynayaram. Bədavi zədəlidi. Amma həm dost, həm də komanda yoldaşı kimi ona bunu arzulamazdım. Şans versələr, əlimdən gələni edəcəm. “Atletiko” ilə oyuna qədər çatışmayan nə varsa, çalışacam, düzəldim”.
 
Sonda isə təcrübəli müdafiəçi çempionatda intriqanın davam etdiyini söyləyib: “Fikrimcə, çempionatda maraq itməyib ki, qayıtsın. Heç bir komandaya rahat qalib gəlmək olmur. Əziyyət çəkməsən, xarakter göstərməsən, mümkün deyil. Güclü-zəif rəqib yoxdur. Çempionatda kifayət qədər intriqa var”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right