"Şübhəli epizodlar çox idi" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının 9-cu turunda keçirilən "Qəbələ" - "Qarabağ" (1:0) matçından sonra qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında ojurnalistlərin suallaını cavablandırdı.
 

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Maraqlı oyun oldu. Sadəcə az qol vuruldu. Futbolçularımızdan razı qaldım. Heyətdə rotasiyalar etmişdik. Komanda çalışdı ki, düzgün oynasın. Çoxlu yaxşı kombinasiyalarımız oldu. Nə vaxtsa məğlubiyyət olmalıdı. Bu da Qəbələdə baş verdi. Rəqibi təbrik edirəm. Qarşıda vaxtımız var. Komandanı optimal formaya çatdırmalıyıq. Çatışmazlıqlarımız var. Belə oyunlarda hansısa oyunçunun olmaması problem yaradır. Az vaxtda düzgün çalışmalı və həm çempionat, həm də Çempionlar Liqası oyununa hazırlaşmalıyıq.

- “Atletiko” ilə ağır oyunun bu məğlubiyyətə təsiri oldumu?
- Bəlkə də. Heyətdə çoxlu dəyişiklik etmişdik. Bəzi oyunçuları start heyətdə buraxmadıq. Həddən artıq psixoloji gərginlik var futbolçularda. Çünki fərqli turnirlərdi. Elə ağır oyundan sonra futbolçunun tam istədiyi kimi hazırlaşması çətindi. Bu, bəhanə deyil. Peşəkarıq və hər oyunda qələbə qazanmaq üçün hazırlaşmalıyıq. Bəzi səhvlər psixoloji durumun nəticəsi idi. Cüzi gərginlik var idi.

- “Qəbələ”nin qolunda oyundankənar vəziyyət şübhəsi var. Bu barədə nə deyə bilərsiz?
- Şübhəli epizodlar çox idi. Bunu normal qarşılamalıyıq. Futbolda səhvlər də olur. Belə oyunlarda ən gərgin olan insanlar hakimlər olur. Çalışırlar səhv eləməsinlər.

- Bəzi futbolçular meydanda tez-tez sürüşürdülər...
- Əvvəllər nadir hallarda belə şeylər olurdu. Bu gün ot əvvəlkilərdən daha qısa idi. Bu da oyunun sürəti üçün yaxşıdı. Həm də rayon bölgəsində şeh daimi düşür. Çox oyunçularda sürüşmə problemi olurdu.

- Çempionat başlayanda "Qəbələ"nin işləri yaxşı getmirdi. Demək olar ki, komanda geri döndü?
- Belə şeylərə heç vaxt fikir verməmişəm. Normal bir haldı. Heç vaxt buna görə arxayınlaşmamalıyıq ki, sonradan çətin vəiyyətə düşməyək.

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right