"Qəbələ" azərkeşlərini sevindirdi

Bu gün Azərbaycan  Premyer Liqasının 9-cu turunun sonuncu oyunu keçirilib.

 Newsport.az xəbər verir ki, “Qəbələ” klubu doğma divarlar önündə  “Qarabağ”ı qəbul edib. Matç qarşılığlı hücumlar şəraitində keçib.

İlk dəqiqələrdən hücuma atılan qəbələlilər oyunun 8-ci dəqiqəsində Asif Məmmədov ilə hesıbı açıblar, matçın birinci hissəsi bu hesabla başa çatıb.

İkinci  hissədə  “Qarabağ” futbolçuları hücumlarının kəsərini artırsalar da oyunda hesab dəyişməyib və matçda vurulan 1 qol, həm də sonuncu olub. “Qəbələ” 1-0 “Qarabağ”

Qeyd edək ki, bu qalibiyyətdən sonra “qırmızı qaralar” turnir cədvəlində 19 xalla  “Qarabağ” la ilk pilləni bölüşürlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right