"Kim özünü azarkeşsiz meydanda şəhid edər?" - Kamran Quliyev

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 9-cu turunda "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra "Sumqayıt"ın prezidenti Kamran Quliyev juralistlərə müsahibə verib. O, komandasının layiqli qələbə qazandığını deyib:

"Həqiqətən də yaxşı oynadıq. Komandamız layiqli qələbə əldə etdi. Qələbə münasibətilə hər kəsi təbrik edirəm".

- "Sumqayıt" son oyunlarda çox yaxşı təsir bağışlayır. Bu gün "Zirə"yə daha çox qol vurmaq olardı. Lakin hücum xətti dişsizdir. Qışda transfer gözlənilirmi?

- Müəyyən fikirlərimiz var. Ötən tur "Qəbələ" ilə oyunda uduzmağa layiq deyildik. Lakin bu, futboldur.

- "Sumqayıt" zarkeşləri önündə daha inamlı oyun sərgiləyir. Ancaq tribuna problemi davam edir. Çox insan ayaq üstə matçı izləmək məcburiyyətində qalır.

- 70 faiz qələbənin səbəbkarı fanatlarımızdı. Bunu sizə açıq şəkildə deyirəm. Təsəvvür edin ki, 0:1 hesabı ilə uduzurq, meydanda azsaydlı azarkeş, səssizlikdir. Kim özünü azarkeşsiz meydanda şəhid edər? Tribuna məsələsi ilə bağlı sual mənə hər zaman verilir. Bu barədə hələlik yenilik yoxdur. Ümid edirik ki, tezliklə fanatlar üçün xoş xəbəri mətbuat vasitəsilə ictimaiyyətə çatıracağıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right