Samir Abasov: "Bu qatardan geri qalsaq çətinlik çəkəcəyik"

“Artıq ikinci oyundu yaxşı oynayırıq”.

Newsport.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

“Gənclik şəhəri” təmsilçisi Azərbaycan Premyer Liqasının IX turunda öz meydanında “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Bu gün hesabda geridə olduq və geridönüş etdik. Buna görə futbolçulara təşəkkür edirəm. Hesabı bərabərləşdirdikdən sonra da göstərdik ki, qələbə qazanmaq istəyirik. Ən azı qışa qədər bu tempdə davam etməliyik. Artıq bizdən aşağı pillələrdə olan komandalar da qələbə qazanırlar. Əgər bu qatardan geri qalsaq çətinlik çəkəcəyik”.

- Oyunçularda əzmkarlıq olsa da, təcrübəsizlik öz sözünü dedi. Boşluqları doldurmaq üçün qışda hansı mövqeyə transfer edəcəksiniz?

- Bu dəqiqə transferlər haqda düşünmürük. Əlimizdə olan oyunçularla çalışmaq məcburiyyətindəyik. Qış fasiləsinə yaxın bu barədə müzakirə aparacağıq. Düşünürəm ki, gücümüzə güc qatmalıyıq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right