"Sumqayıt"dan əzimkar qələbə

Azərbaycan premyer liqasında 9-cu turun növbəti oyunu Sumqayıtda baş tutub.

Newsport.az xəbər verir ki, sumqayıtın eyni adlı klubu, doğma azərkeşlər önündə"Zirə"ni qəbul edib. Oyun ilk dəqiqələrdən gərginliyi ilə diqqət çəkib, beləki qonağların futbolçusu Sadio Tounkara artıq oyunun dördüncü dəqiqəsin də hesabı açaraq ev sahibinə şok yaşadaıb, lakin bu qoldan sonra özünü itirməyəm Sumqayıtlılar oyunun 38-ci dəqiqəsin də Amil Yunanov ilə hesaba bərabərlik gətiriblər. Vurulan bu qoldan sonra hücumların kəsərini artıran ev sahibi 83-cü dəqiqə də Vurğun Hüseyinovla hesabı 2-1 edərək qonağlara öz yerini göstərib. Qalan dəqiqələr ərzində qapılarda qol olmayıb və matç bu hesabla başa çatıb.

Qeyd edək ki, bu qələbə ilə 13-cü xalını qazanan "Sumqayıt" turnir cədvəlində 4-cü yerdə, "Zirə" isə 1 xal "Qarabağ" dan geri qalaraq 18 xalla 2-ci yerdə qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right