Məşhur pankartın sahibi: "Növbəti oyunda daha maraqlı bir şey edəcəm"

Çempionlar Liqası qrup mərhələsinin III turunda “Qarabağ” – “Atletiko” qarşılaşmasında bir neçə azarkeşin açdığı pankart qısa müdətdə medianın gündəmini zəbt edib. Türkiyənin məşhur “Sabah” qəzetinin yazarı Mevlut Ezelin bu hadisəyə “En ezik pankart” adı ilə material hazırlayıb yayımlaması ölkədə birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı “Qarabağ”ın rəsmiləri öz mövqeyini bildirib və bundan sonra həmin xəbər Türkiyə saytından silinmişdi.

 

Qısa müddətdə məşhurlaşan pankartın müəllifini tapıb onun da məsələ ilə bağlı mövqeyini öyrənmək istədik. Asan olmasa da, gündəmdəki adamı - Mahir Məmmədovu tapdıq və fikirlərini öyrəndik.

 

Newsport.az saytı xəbər verir ki, Korner.az-a danışan azarkeş “Qarabağ”ı çox sevdiyini və bu addımı ürəkdən istəyərək atdığını deyib:

 

“Övladlarımla “Qarabağ”ın və milli komandanın oyunlarına gedirəm. Hər dəfə maraqlı bir şeylə yadda qalmaq istəyirdim. Sevdiyim komandaya dəstək olmaq arzum idi. Övladlarıma bununla stimul verirəm. Bizim ailə futbol azarkeşidir. Övladlarım futbolla məşğul olurlar. Evimizdə böyük bayraqlarımız var”.

 

Mahir bəy tribunada onlarla olan azarkeşlərin bu addımı maraqla qarşıladığını bildirib:

 

“Yanımızda olan azarkeşlər bizə baxırdılar və onların bu ideya xoşuna gəldi. Övladlarım Fuad, Murad və dostum Fəridin köməkliyi ilə dəstək olduq. “B” hərfini tutan oğlumun 10 yaşı var, “A” və “Ğ” hərflərini tutan oğlum isə 12 yaşındadır".

 

“Qarabağ”ın azarkeşi Türkiyənin “Sabah” qəzetinin bu yazıya münasibətinin ona pis təsir etdiyini bildirib:

 

“Komandamıza dəstək olmaq istədik. Düşünməzdik ki, belə səs-küy yarada biləcək. Heç bu ideyanı fikirləşəndə məşhurlaşacağını ağlıma gətirməmişdim. Türkiyəli jurnalistin bu cür münasibətinə üzüldüm. Axı bizim məqsədimiz sadəcə dəstək olmaq idi. Anlamıram ki, onun belə yazı yazmaqda məqsədi nə idi? Təəssüf ki, onun da düşüncəsi budur. Çox heyif. Belə məsələdə “Qarabağ” klubu azarkeşlərə dəstək olsa, yaxşı olar. Mən gözləyirdim ki, oturacaqlarda bayraqlar olacaq. Təəssüf ki, olmadı. Sanki sponsorları pul xərcləmək istəmir. Fan klublarımıza gəlincə onlar da əlindən gələni edirlər. Sadəcə dəstək lazımdır”.

 

Mahir bəy bütün bunlara baxmayaraq növbəti oyuna da fərqli bir şey düşündüyünü deyib:

 

“Mənim məqsədim komandama fərqli dəstək olmaqdır. “Çelsi” ilə oyunda daha effektli və maraqlı xareoqrafiya hazır etməyi düşünürəm. Ağlımda ideyalar var və edəcəm. Nə olduğunu deyə bilmərəm, ancaq Azərbaycana və “Qarabağ”a aid olacaq".

 

Açdığı pankartla məşhurlaşan azarkeş son olaraq bunları qeyd edib:

 

“Bakıya gəldiyim gündən – 2013-cü ildən “Qarabağ”ın oyunlarını izləyirəm. Avroliqa və Çenmpionlar Liqası matçlarının hamısını stadiondan izləmişəm. Təəssüf ki, iş vaxtına görə Premyer Liqa oyunlarında “Qarabağ”a stadiondan dəstək ola bilmirəm. Ancaq bütün matçları canlı olaraq TV-dən izləyirəm”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right