"Qarabağ" rəsmilərindən türkiyəli jurnalistə cavab

Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən Azərbaycan çempionu “Qarabağ” bu nüfuzlu turnirdə ilk xalını İspaniyanın “Atletiko” klubu ilə ev oyununda qazandı.

 

Newsport.az xəbər verir ki,  bu oyundan sonra az qala bütün dünya mətbuatı Ağdam klubundan, Azərbaycan futbolundan maraqlı xəbərlər yaymaqdadı. Elə qonşu Türkiyə mətbuatında da Ağdam təmsilçisindən az bəhs olunmadı. Lakin bu gün sözügedən ölkədə aparıcı nəşrlərdən olan “Sabah”da aşağılayıcı xarakterli bir xəbər azərbaycanlı futbolsevərlərdə böyük narazılığa səbəb olub.

 

Belə ki, 0:0 hesabıyla bitən “Qarabağ” – “Atletiko” matçını Bakı Olimpiya Stadionundan izləyən “Qarabağ” fanatlarından bir qrupu A4 kağızlarına “Qarabağ” yazaraq onları şəffaf paketə salıb nümayiş etdiriblər. Bu məqamı işıqlandıran “Sabah”ın türkiyəli yazarı Mevlut Tezelin məsələyə yanaşması isə belə olub: “Futbol tarixinin ən kasıb, ən əzik, ən komik “koreografisi” bu olsa gərək. Olsun, yavaş yavaş onlar da öyrənəcək futbol mədəniyyətini”.

 

Türkiyəli jurnalistin bu yanaşmasına "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəllə mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov cavab verib.

 

Əmrah Çəlikəl "facebook" profilində belə bir paylaşım edib:

 

 

İbrahimov "facebook" profilində bunları qeyd edib: "Qardaş ölkə mətbuatında "Qarabağ" - "Atletiko" maçında bir neçə soydaşımızın A4 kağızıyla "Qarabağ" xareoqrafiyası etməsi təhqir edilib..

 

Təəccübləndim mi? Əsla...

 

Qəzəbləndim mi? Yenə də yox..

 

Niyə??

 

..ona görə ki, barbarlıqlarını bizə futbol kimi təqlin edib, cılız (əslində heç olmayan) futbol çürüntülərini bizə triumf kimi sırıyanda biz zatən 'fakirliyimizi' qəbul etmişik demək..

 

Ona görə ki, böyük uğurlar üçün vuruşmayan, futbola aid olmayan, üfunətli, iyrənc rəqabətlərini bizə derbi kimi sırıyanda, bir-birimizə qıcıq yaratmaqla "ezik"liyimizə əzilmişik demək..

 

Öz dəyərlərimizi, uğurlarımızı 3 "böyük" dən aşağı görüb, onlara görə rəng, kubok, ulduz, tarix kimi mənasız xırdalıqlarına görə dava-dalaş edəndə, kafe bağladanda "komik"ləşmişik demək..

 

Tarixi olmayan, müştəbehlikdən yoğrulmuş futbol mədəniyyətlərini həyat tərzi etməyimizlə "kültürlənmişik" biz..
Təbii ki, Türkiyə tək dostumuzdu, əbədi qardaşımızdı..

 

Amma..

 

Bütün yaradıcılığı (varsa) dühası o xareoqrafiyadakı 1 A4 kağızından daha ucuz olan birinin bizi fakir, ezik, komik görməsi təəssüf ki, bizim öz "məhsulumuz"du..

 

...O, xareoqrafiyanı edən insanların dünyaya sığmayan ürəkləri qarşısında təzim edirəm..





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right