“Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşacaq.

Topaz Premyer Liqasında 9-cu turun mərkəzi oyunu oktyabrın 22-də keçiriləcək.

 

Newsport.az xəbər verir ki, “Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşacaq. “Qırmızı-qaralar” son 4 mövsümün çempionu ilə mövsümdə ikinci dəfə görüşəcək. Avqustun 26-da baş tutan səfər matçında 1:2 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri lideri Qəbələ şəhər stadionunda qəbul edəcək.

 

Bu matç iki rəqib arasında 45-ci duel olacaq. İlk dəfə 2006-cı ildə üz-üzə rəqiblər indiyədək 44 dəfə qarşılaşıb. Bu oyunlardan 37-si Premyer Liqa, 7-si Azərbaycan kubokuna təsadüf edib.

 

Bu oyunlarda “Qarabağ” daha çox – 18 qələbə qazanıb. “Qəbələ”nin hesabında isə 10 uğur var. Digər 16 matçda qalib müəyyənləşməyib. Həmin görüşlərdə “Qəbələ” 40, rəqibi 54 qol vurub.

 

“Qırmızı-qaralar”ın “Qarabağ”ın qapısına vurduğu 40 topa 26 futbolçu imza atıb. Komandanın sabiq üzvü, braziliyalı Dodo hamıdan çox – 5 dəfə bu qarşılaşmalarda qol sevinci yaşayıb. Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə rəqib qapısına yol tapıb.

 

Azərbaycan çempionatlarındakı 37 oyunda ağdamlılar 17, qəbələlilər 9 dəfə 3 xal əldə edib. Digər 11 matçda isə komandalar hərəyə 1 xal qazanıblar. 83 qolun vurulduğu Premyer Liqa duellərində rəqib üstünlüyə malikdi - 48:35. “Qəbələ”nin ev matçlarına gəlincə, doğma meydanında 6 qələbəsi olan komanda 8 heç-heçə edib və 7 dəfə uduzub. Meydan sahibləri 23, qonaqlar 23 dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right