"Kəpəz" ilk məşqinə çıxdı

Topaz Premyer Liqasının 9-cu turunda "Neftçi"ni qəbul edəcək "Kəpəz" bu gün Gəncəyə gedib.

 

Newsport.az xəbər verir ki, komanda oyun öncəsi son məşqini matçın oynanılacağı Gəncə şəhər stadionunda keçirib. Bu, "sarı-göylər"in yenilənmiş meydanda ilk məşqi olub. Təxminən 50 dəqiqə davam edən hazırlıq prosesi yüngül xarakter daşıyıb. Məşqçilər heyəti futbolçuları çox da yormayaraq son tapşırıqlarını verib.

 

Xatırladaq ki, "Neftçi" ilə görüşdə Şəhriyar Əliyev cəzalı, Samba Diallo və İlkin Sadıqov isə zədəli olduğu üçün iştirak edə bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right