“Sumqayıt”ın zədəlisi sıraya döndü

Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq “Sumqayıt” bu oyuna hazırlığını davam etdirir.

Newsport.az-ın məlumatına görə, Samir Abasovun komandası bu gün doğma meydanda növbəti məşqinə çıxıb. “Qəbələ” ilə qarşılaşmada zədələnən Vüqar Bəybalayev artıq hazırlıq prosesinə qatılıb.

Bundan başqa, əvəzedici heyətin 3 üzvü də komanda ilə birlikdə çalışıb. Məşqin əvvəlində toplu çalışmalara üstünlük verən “Sumqayıt” hazırlığı ikitərəfli oyunla yekunlaşdırıb.

Qeyd edək ki, “Sumqayıt” – “Zirə” qarşılaşması oktyabrın 21-də keçiriləcək və saat 17:00-da start götürəcək. Oyun “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right