"Qarabağ" xal ehtiyatımızı zənginləşdirdi

Qarabağ”ın Çempionlar Liqasında evdə “Atletiko” ilə heç-heçəsi ölkəmizin  UEFA reytinqindəki xal ehtiyatını zənginləşdirib.

Newsport.az-ın məlumatına görə, madridlilərlə qolsuz heç-heçə aktivimizə 0.250 xalın əlavə edilməsinə səbəb olub.

Hazırda Azərbaycan 55 ölkə arasında 18.875 xalla 22-cidi. İsveç 18.475, Şotlandiya və Bolqarıstan isı 18.125 xalla növbəti pillələri bölüşür. Bizdən bir pillər irəlidlə qərarlaşan və hesabında 19.450 xal olan Rumıniya isə 21-ci yerdədi. 

Qeyd edək ki, avrkuboklarda qələbəyə görə təsnifat mərhələsində 0.250, heç-heçəyə görə isə 0.125 xal verilir. Qrup mərhələsində isə bu xallar müvafiq olaraq 0.500 və 0.250-ə yüksəlir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right