AFFA “Neftçi”ni cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 8-ci turunun “Səbail” - “Neftçi” matçının 85-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Derlis Meza Kolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 8-ci turunun “Zirə" - “Kəpəz”matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Birinci divizionun 3-cü turunun MOİK - “Şüvəlan”matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 3-cü turunun “Binə” - “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 3-cü turunun “Turan Tovuz” - “Mil-Muğan” matçında “Turan Tovuz” və "Mil-Muğan" klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub.

Oyunun 71-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Elməddin Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right