Prosineçki ilinə 3,5 milyon avro tələb edir

AFFA ilə müqaviləsi başa çatmaq üzrə olan millimizin baş məşqçisi Robert Prosineçkinin adı Türkiyənin "Trabzonspor" klubu ilə hallanır. 

Newsport.az-ın məlumatına görə, "Akhisar"a biabırçı məğlubiyyətdən sonra baş məşqçisi Ersun Yanalla yollarını ayıran Qara dəniz təmsilçisinin rəhbərliyi yeni baş məşqçi axtarışına çıxıb. Namizədlər arasında xorvatiyalı mütəxəssisin də adı var. 

Lakin Türkiyə mətbuatının yaydığı xəbərə görə, 49 yaşlı çalışdırıcı ilə danışıqlar müsbət nəticələnməyib. Belə ki, Prosineçkinin ilinə 3,5 milyon avro istəməsi, "Trabzonspor" rəhbərliyini geri çəkilməyə məcbur edib.

Qeyd edək ki, Prosineçki 2014-cü ildən millimizi çalışdırır. Onun illik maaşı 1,2 milyon avro civarındadı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right