Səlahət Ağayev "Neftçi"nin düşərgəsinə qayıtdı

"Neftçi”nin qapıçısı Səlahət Ağayev Türkiyənin İstanbul şəhərindəki "Acıbadəm Fulya” xəstəxanasında müalicə-bərpa prosesini başa vuraraq Bakıya qayıdıb.

Newsport.az-ın məlumatına görə, “ağ-qaralar”ın düşərgəsinə qoşulan təcrübəli futbolçu bu gün fərdi məşqlərə başlayıb. Sentyabrın 15-də "Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş Səlahət Ağayevin iki həftə sonra komandayla birgə məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, millinin də üzvü olan Ağayev “Neftçi”yə yayda “İnter”dən keçib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right