"Kəpəz" rəhbərliyindən təqdirəlayiq addım: Faiq Cabbarovu həbsdən çıxarıb, işlə təmin edir!

Azərbaycan millisinin və “Kəpəz”in sabiq futbolçusu Faiq Cabbarov həbs olunması barədə bir müddət əvvəl xəbər vermişdik. Çoxsaylı şikayət ərizələrində qeyd olunanlara əsasən Cabbarov bir neçə şəxsdən külli miqdarda borc alıb, qaytarmamaqda ittiham olunurdu.

Newsport.az-ın məlumatına görə, Cabbarov bu gün sonuncu dəfə məhkəmə qarşısına çıxacaq. Veteran futbolçunun isə  aqibəti demək olar, indidən bilinir. 3 il azadlıqdan məhrum edilmə cəzası ilə üz-üzə qalan Faiq Cabbarovun 1000 manat məbləğində cərimə ödəyəcəyi təqdirdə sərbəst buraxılacağı bildirilib. Məsələdən agah olan "Kəpəz" rəhbərliyi artıq duruma əl qoyub. Adıçəkilən komandanın məsul şəxsləri sabiq futbolçusuna maddi yardım edib. Ən geci oktyabrın 18-i onun dəmir barmaqlıqlar arasından xilas olanacağı gözlənilir. Gəncə klubunun bu xeyirxah addımına dəstək verənlər də tapılıb. Belə ki, vaxtı ilə Faiq Cabbarovun rəhbərliyi altında  "İnter" və "Qəbələ"də çıxış etmiş futbolçular da lazımı köməklikləri əsirgəməyiblər.

Qeyd edək ki, 45 yaşlı futbol adamının həbsdən çıxdıqdan sonra "Kəpəz"də işləməsi gözlənilir.

İdmanxeber.com





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right