"Onunla bağlı qərarı da qışda verəcəyik" - Samir Əliyev

Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə “Neftçi”yə böyük hesabla uduzan (0:4) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az xəbər verir ki, Əliyev öncə sualları cavablandırıb:

- Belə məğlubiyyətdən sonra danışmaq çətindi. Hesab daha böyük ola bilərdi. Bu mövsümdə ən bərbad oyunumuz idi. “Neftçi” qələbəyə layiq idi.

- Düşünmürsüz ki, erkən qol buraxmağınız məğlubiyyətdə həlledici oldu?
- Hər şey ola bilərdi. Bəlli idi ki, “Neftçi” ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq istəyirdi. Onların oyunçularının ustalıq səviyyəsi daha yüksəkdi. Bundan da məharətlə istifadə etdilər.

- “Səbail” bundan öncə iddialı komandalarla başa-baş mübarizə aparmışdı. Bu gün nə çatışmadı?
- “Neftçi” bu gün çox sürətli oyun sərgilədi. Çox yüksək tempdə oynayırdılar. Hazırda mənim üçün danışmaq çətindi. Oyunun təkrarına baxıb, analiz etdikdən sonra tam qərar verəcəm. Səhvlərimizə baxacağıq. Bu məğlubiyyət bizim üçün dərs oldu.

- Sizi bəxtsiz məşqçi saymaq olar? “Neftçi”də klubun qalmaqallı dövründə çalışmışdız. Burda isə yeni komanda qurulub...
- Bəxtsiz demək olmaz. Hələ məşqçiliyə yeni başlamışam. Bu heyəti mən qurmuşam. 6-7 futbolçunu komandadan göndərməyi düşünürük. Qışda onları daha yüksək səviyyəli oyunçularla əvəz etməyi planlaşdırırıq.

- Ruslan Əmircanov bu gün stadionda idi. Onu yaxın zamanlarda “Səbail”də görə biləcəyik?
- Hələ ki, belə bir şey yoxdu. Buna ehtiyac görmürük. Ruslan təcrübəli oyunçudu. Yoxlama oyunlarında da çıxış edib. Ancaq onunla bağlı qərarı da qışda verəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right