“Neftçi”dən böyükhesablı revanş

 

Bu gün Topaz Premyer Liqasında 8-ci tura yekun vurulub.

 

Newsport.az xəbər verir ki,turun sonuncu oyununda “Neftçi” “Dalğa Arena”da debütant “Səbail”in qonağı olub. 1-ci dövrədə rəqibinə minimal hesabla məğlub olan "flaqman" Tərlan Əhmədovun gəlişindən sonra revanş almağı bacarıb. Matçın 17-ci dəqiqəsində İqnasio Herrera ilə hesabı açan “Neftçi” hücumlara ara verməyib. 15 dəqiqə sonra Uqo Barqas fərqi 2 topa çatdırıb.

Ağ-qaraların üstünlüyü ikinci hissədə də davam edib. 65-ci dəqiqədə Rəhman Hacıyevin qolu “Səbail” futbolçularını növbəti dəfə mərkəz nöqtəsində cəmləyib. Lakin “flaqman” bununla da kifayətlənməyib. Görüşün bitməsinə 13 dəqiqə qalmış Uqo Barqas qarşılaşmada son nöqtəni qoyub, Səbail – Neftçi 0:4.

Bu nəticədən sonra xal ehtiyatını 7-ə çatdıran “Neftçi” “Səbail”i qabaqlayaraq turnir cədvəlinin 6-cısı olub.  Ağ-qaralardan 1 xal geri qalan debütant isə 7-ci yerə enib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right