“Qarabağ”ın futbolçusunun azyaşlı qızı öldü

“Qarabağ” klubunun haitili futbolçusu Donald Geryeyə ağır itki üz verib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı futbolçunun azyaşlı qızı Miah dünyasını dəyişib.

1 yaş 6 aylıq körpənin xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Gerrye 6 iyul 2017-ci ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan “Qarabağ” klubu ilə iki illik müqavilə imzalayıb.
 
Vild-Donald Gerye Qarabağ klubu ilə debütünü 11 iyul 2017-ci ildə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Samtredia klubuna qarşı oyunda edib. O, ikinci hissədə oyuna daxil olub və 83-cü dəqiqədə qolla yadda qalıb. Həmin görüşdə “Qarabağ” rəqibinə 5-0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right