"Onlar millidə rəqabəti artıra bilərlər" - Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə “Kəpəz”i 3:0 hesabıyla məğlub edən “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Newsport.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Millinin oyunuyla bağlı fasilə yaranmışdı. Çalışdıq, bu fasilədən maksimum istifadə edək. Uşaqlar bu gün istədiyim oyunu nümayiş etdirdilər. “Kəpəz”in müdafiə olunacağını bilirdik. Belə oyunlarda erkən qol vurmaq vacib idi. İlk hissədə fərqlənə bilməsək də, ikinci hissədə erkən qol vurduq. Çətin qarşılaşma oldu. Qələbə qazandığımıza görə sevinirəm.

 

- Təmkin Xəlizadə ilk hissənin sonlarında zədələndi. Hətta fasiləyə axsayaraq yollandı. Hamımız onun əvəzlənəcəyini gözləsək də, ikinci hissədə meydana çıxıb 2 qol vurdu...

- Təmkin belindən zədə alıb. Ancaq zədəsi oynamayacaq dərəcədə ciddi deyildi. Ondan başqa David Manqa, Yovan Krnetanın da zədəsi var idi. Bu oyunçuların zədəsi daha ciddi olduğundan, risq etməyərək onları əvəzlədim.

 

- Təmkin artıq millinin əsas üzvlərindən birinə çevrilməkdədi. Oyunçularınızdan başqa kimləri yığmaya namizəd kimi görürsüz?

- Təmkinin millidə olması məni sevindirir. Ancaq o, öz üzərində çox işləməlidi. Özüylə söhbət zamanı da çatışmamazlıqlarını deyirəm. Ümumiyyətlə, biz daim çalışırıq ki, yerli oyunçulara daha çox şans verək. Başqa oyunçulardan Vüqar Mustafayev, Vüsal İsgəndərli, Adil Nağıyev, Sadiq Quliyev millidə çıxış edə bilərlər. Demirəm mütləq oynamalıdılar, lakin millidə rəqabəti artıra bilərlər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right