"Qrupda yaxşı ki, San Marino var idi" Saşa Yunisoğlu

Azərbaycan yığmasını sabiq müdafiəçisi Saşa Yunisoğlu yığma komandanın baş məşqçisi Robert Prosineçki haqda danışıb. O, xorvatiyalı mütəxəssisin millini tərk etmə istəyini belə şərh edib:

Newsport.az  azerisport.com-a istinadən xəbər verir ki, O,bildirib ki, "Bilmirəm, Prosineçki burada qalacaq, ya yox, ancaq şəxsən mən bunu istəməzdim. Ümid edirəm ki, o Azərbaycandan gedər.

 Səhv etmirəmsə, Sloveniyaya gedəcəkdi. Robertin burada şansı oldu, ancaq istifadə edə bilmədi. 10 rekord xalından başqa yığmaya heç nə vermədi.

 Buna baxmayaraq, yenə qrupda San Marinodan sonraki pilləni tutduq. Yaxşı ki, qrupda San Marino var idi. Düşünürəm ki, artıq yerli mütəxəssislərə güvənmək lazımdır. Xaricilər tam istəklə çalışmırlar" deyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right