"Kəpəz"də 3 itki var

Bu gün Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində səfərdə “Zirə” ilə qarşılaşacaq “Kəpəz” oyun öncəsi bir neçə itki ilə üzləşib.

Newsport.az klubun rəsmi saytına  istinadən xəbər verir ki, “sarı-göylər”in 3 futbolçusu Zirədə keçiriləcək matçda komandaya kömək edə bilməyəcək.

Müdafiəçi Azad Kərimov, yarımmüdafiəçilər Əli Səmədov və İlkin Sadıqov zədə səbəbindən matçı tribunadan izləməli olacaq. Hər 3 futbolçu məşq prosesində zədələnib. 

"Zirə" - "Kəpəz" oyunu bu gün saat 16:00-da başlayacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right