"İnter" fanatlarından "Kəpəz" azarkeşinə dəstək

"İnter" klubunun fanatları Azərbaycan Premyer Liqasının 8-ci turunda Gəncənin "Kəpəz" komandasının “Xəmsə” müstəqil fanat klubunun yaradıcısı və rəhbəri, illərdir təmənnasız olaraq Azərbaycan tribunası üçün xidmət etmiş Adil Məmmədovun səhhəti ilə bağlı ciddi problem aşkarlanması səbəbindən ona dəstək olublar.

Newsport.az xəbər verir ki, bir müddət öncə çənə sümüyündə xərçəng xəstəliyi aşkar edilən Adil Məmmədov əməliyyat və kimyaterapiyadan sonra sağlamlığına qovuşsa da, bu günlərdə xəstəliyin yenidən bərpa olunduğu aşkar edilib. "İnter" azarkeşləri matç zamanı açdıqları pankarta fanata dəstək nümayiş etdiriblər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right