Rahid Əmirquliyev: "Kimin şübhəsi varsa, gəlsin, himni şəxsən onun üçün oxuyum"

Azərbaycan Premyer Liqasının 8-ci turunda "Qarabağ" səfərdə "İnter"ə 2:0 hesabı ilə qalib gəlib.
 
Newsport.az xəbər verir ki, görüşdən sonra Ağdam klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyev jurnalistlərə müsahibə verib.
 
- Meydan elə bir vəziyyətdədir ki, oyun nümayiş etdirmək çətindir. Çox bərbaddır. İstədiyin oyunu sərgiləmək çətin olur. Ona görə də çətin olur.
 
- Bu qələbə “Atletiko” oyun üçün motivasiya verəcək?
- Əlbəttə, 3 xal qazanmaq yaxşı haldır. Çempionatda liderik. Qələbə üçün çıxmışdıq. Bunu da bacardıq.
 
- Bu gedişlə 2-ci dövrənin sonuna kimi rəqiblərlə xal fərqini artıra bilərsiz. Düşünmürsən ki, çempionatda rəqabət azala bilər?
- Hər şey ola bilər, futboldur. Biz hər oyuna 3 xal üçün çıxırıq. Bizə öz oyunumuz maraqlıdı.
 
- Qarşıda “Atletiko” ilə oyun gəlir. Həyəcanlı deyilsiniz?
- “Atletiko” ÇL-də son 3 ildə 2 dəfə final oynayıb. Çətin oyun olacaq. Bizim üçüb yaxşı təcrübə olacaq. Azarkeşlər üçün yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. Əlbəttə, nəticə də vacibdir. Əlimizdən gələni edəcəyik.
 
- Həmin oyun günündə ÇL-də sürpriz edəcəyinizə inanırsınız?
- Özümüzə inanırıq. Reallıq odur ki, “Atletiko” güclüdür. Ancaq meydana vaxt keçirməyə çıxmırıq.
 
- Sənin millidə kapitan olmağın Robert Prosineçkiyə düşmədi. Millidən gedəcəyi gözlənilir…
-  Bu AFFA-nın işidir. Mən istəyərdim ki, Prosineçki qalsın.
 
- Almaniya ilə oyunda himnimizi oxumamağına görə tənqidlərlə üzləşdin. Himnimizi bilmirsən, yoxsa həyəcanlı idin?
- Həyəcan deyildi. Yəqin ki, hansısa epizod olub. Amma bu o demək deyil ki, himni bilmirəm. Kimin şübhəsi varsa, gəlsin, himni şəxsən onun üçün oxuyum.
 
- Oyundan sonra Prosineçki sizinlə vidalaşdı?
- Biz ölkəmizə qayıtdıq, o da sağollaşıb getdi Xorvatiyaya. Başqa cür vidalaşmadı. Dedi ki, Bakıya qayıdacam.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right